"Rabitəbank": Tariflər dəyişmir – bütün YDM-lərdən 10% keşbek

"Rabitəbank": Tariflər dəyişmir – bütün YDM-lərdən 10% keşbek
# 05 yanvar 2021 11:50 (UTC +04:00)

“Rabitəbank”ın çoxfunksiyalı keşbek kartı “Kartmane”də keşbek tarifləri dəyişilməz olaraq qalır. Unikal məhsul Kartmane bütün yanacaqdoldurma məntəqələrində daim keşbek vəd edir. Həm ölkədaxili, həm də dünyanın istənilən YDM-lərində kartmane ilə ödəniş etdikdə 10% keşbek geri qayıdır.

Sahiblərini alternativsiz üstünlüklərlə yaşadan “Kartmane” sahibləri “Rabita Mobile” tətbiqində müxtəlif fərqli keşbek növlərindən birini seçə bilərlər. Əgər keşbek növü “YDM və restoran” olaraq seçilibsə, bu, o deməkdir ki, ödəniş zamanı bütün YDM-lərdən 10%, kafe və restoranlardan isə 5% keşbek qazanacaqsınız.

“Kartmane” sahibləri “Rabita Mobile” tətbiqi vasitəsi ilə qazandıqları bonusları izləyə və onları idarə edə bilərlər. Tətbiqdə 1 bonus – 1 manat dəyərindədir və müştərilər qazandıqları bonusları öz hesablarına bir addıma köçürə bilirlər.

Bununla yanaşı müştərilər “Rabitəbank”ın durmadan artan tərəfdaş şəbəkəsində tam 25%-dək əlavə keşbek qazana bilərlər. Müştərilər “Kartmane” kartlarındakı vəsait qalıqlarına 6%-dək gəlir əldə edərək istədikləri vaxt öz vəsaitlərini komissiyasız nağdlaşdıra biləcəklər.Bu karta sahib olmaq isə çox rahatdır. Evdən çıxmadan bankın rəsmi saytı, “Rabita Mobile” tətbiqi ilə yanaşı, “Telegram” və “Messenger”də “RabitaBot” çatbotu üzərindən sifariş verilən “Kartmane”lər qapınıza qədər pulsuz çatdırılacaq. Daha ətraflı məlumat və sifariş vermək üçün http://rbt.az/sifaris linkinə keçid edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR