"Rabitəbank" bu ilin II rübündə aktivlərini 52% artırıb

"Rabitəbank" bu ilin II rübündə aktivlərini 52% artırıb
# 22 iyul 2020 10:55 (UTC +04:00)

Bu ilin II rübünün açıqlanmış maliyyə göstəricilərinə əsasən, “Rabitəbank” ASC-nin aktivləri 926 mln manata çatıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 51,87% yəni 314 mln. manat çoxdur. 2020-ci ilin ilk yarısı ərzində bank 9,3 mln. manat əməliyyat mənfəəti əldə edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35%, yəni 2,4 mln manat çoxdur.

“Rabitəbank”dan “APA-Economics”ə verilən məlumata görə, bankın ticarət və investisiya qiymətli kağızlarına olan yatırımları da keçən ilin uyğun dövrü ilə müqayisədə 37%-lik artım göstərərək 54 mln. manata çatıb. Bununla yanaşı, bankın digər banklarda və maliyyə institutlarındakı depozitlərinin həcmi də analoji dövrlə müqayisədə 93% artaraq (və ya iki dəfə artaraq) 241 mln. manata yüksəlib. Dayanıqlığı ilə seçilən “Rabitəbank”ın 2020-ci ilin ilk yarısında əmanət portfeli 2019-cu ilin uyğun dövrü ilə müqayisədə 63% daha çox, yəni 657 mln. manat təşkil edib.

“Müştərilərə verilmiş kreditlərin həcmində də ciddi artım müşahidə edilib. Belə ki, bank istehlak, biznes və daşınmaz əmlak kreditləşməsində keçən ilin uyğun dövrü ilə müqayisədə 36 mln. manat yəni 10% artaraq kreditləşmə həcmini 382 mln. manata çatdırıb”, - bankdan bildirilib.

Qeyd edilən müsbət tendensiyaya uyğun olaraq, bankın faiz və qeyri faiz gəlirləri də artıb. Belə ki, “Rabitəbank” 2020-ci ilin yanvar-iyun ayları ərzində 22 mln. manat faiz gəliri əldə edib. Bu, 2019-cu ilin analoji dövrü ilə müqayisədə 13% çoxdur. Bankın qeyri-faiz gəlirləri isə 34%-lik ciddi artım göstərərək 6,3 mln. manata çatıb.

Bazara yeni məhsullar və rəqəmsal həllər təklif edən “Rabitəbank”ın innovativ mobil bankçılıq tətbiqi də bu dövr ərzində 60 min dəfədən çox yüklənmiş və müştərilərin maliyyə xidmətlərindən istifadəsini rahatlaşdırıb. Eyni zamanda bank əsasən hüquqi şəxslər üçün nəzərdə tutulan və banka gəlmədən maliyyə əməliyyatlarının həyata keçirməyə imkan verən internet bankçılıq xidmətini istifadəyə rahat yeni tərtibatda müştərilərə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR