"Rabitəbank" hamının danışdığı topçunun təhsil haqqını qarşılayacaq

"Rabitəbank" hamının danışdığı topçunun təhsil haqqını qarşılayacaq
# 05 noyabr 2020 15:56 (UTC +04:00)

“Rabitəbank” hamının danışdığı əsgərimizin təhsil haqqını qarşılayacaq.

Bu barədə Rabitəbankın İdarə Heyətinin Sədri Elçin Qədimov öz tvitter hesabında məlumat paylaşıb.

27 illik fəaliyyət tarixi ərzində cəmiyyətə faydalı sosial layihələr həyata keçirən “Rabitəbank” ASC bu dəfə əsgərimiz üçün təqdirə layiq təşəbbüsə əl atdı. Son günlər bütün sosial şəbəkələrdə və saytlarda şəkli qürurla paylaşılan topçu əsgərimiz Vüsal Şahkərimovun təhsil arzusunu “Rabitəbank” həyata keçirəcək. Bu barədə Bankın İdarə Heyətinin Sədri Elçin Qədimov öz tvitter hesabında paylaşıb.

Belə ki, Vüsal Şahkərimovun atası İslam Şahkərimovun APA İnformasiya Agentliyinə müsahibəsini retvitləyən Elçin Qədimov sözügedən əsgər ödənişli əsaslarla qəbul olarsa, bütün təhsil haqqını, ödənişsiz təhsil almaq hüququ qazanarsa, tədris ili boyunca aylıq təhsil təqaüdü veriləcəyini qeyd edib.

Xatırladaq ki, Xaçmaz sakini İslam Şahkərimov müsahibəsində maddi imkanları olmadığı üçün daha öncə ödənişli universitetə qəbul olmuş Vüsalın təhsil ala bilməməsini vurğulamışdı. Döyüşdən salamat qayıdan kimi Vüsalın ilk arzusu yenidən universitetə hazırlaşmaqdır.

27 illik fəaliyyət tarixi ərzində cəmiyyətə faydalı sosial layihələr həyata keçirən “Rabitəbank” ASC bundan əvvəl də Silahlı Qüvvələrə Yardım Fonduna 100.000 AZN köçürmə edib. Müştərilərin də fonda məsafədən ianələrini asanlaşdırmaq üçün Rabitəbank Mobil tətbiqində onlayn dəstək funksiyası istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR