"Rabitəbank" kartların pulsuz ünvana çatdırılmasına başlayıb ®

"Rabitəbank" kartların pulsuz ünvana çatdırılmasına başlayıb ®
# 23 aprel 2020 10:21 (UTC +04:00)

Artıq hər kəs rahat şəkildə “Kartmane” sahibi olacaq! Bank öz unikal məhsulundan yararlanmaq istəyən müştərilərin sağlamlığı və təhlükəsizliyi üçün, çatdırılma imkanını təqdim edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu gündən etibarən sifariş verilən “Kartmane” kartları müştərilərin qeyd etdiyi ünvana “Rabitəbank” tərəfindən çatdırılacaq. Qeyd edək ki, bankın rəsmi saytı, “Rabitəbank” mobil tətbiqi ilə yanaşı “Teleqram” və “Facebook” messencerdə “RabitəBot” üzərindən sifariş verilən “Kartmane”lərə aiddir. (Kart sifarişi üçün: www.bit.ly/Kartmane)

Özündə bir çox üstünlükləri toplayan unikal “Kartmane” kartı ilə müştərilər fərqli “cashback” növlərindən birini seçə bilərlər. Bu “cashback” növlərindən – bütün dünyada istənilən YDM-lərdən 10%-dək, kafe və restoranlardan 5% “cashback”, bütün ödənişlərə 2% “cashback”, bütün market ödənişlərinə 5%-dək “cashback” – birini seçən “Kartmane” sahibi “Rabitəbank” mobil tətbiqi vasitəsilə istədiyi vaxt “cashback” növünü dəyişə bilər.

Bununla yanaşı müştərilər “Rabitəbank”ın durmadan artan partnyor şəbəkəsində tam 25%-dək əlavə “cashback” qazana bilərlər. Müştərilər “Kartmane” kartlarındakı vəsait qalıqlarına 6%-dək gəlir əldə edərək istədikləri vaxt öz vəsaitlərini komissiyasız nağdlaşdıra biləcəklər.

Ətraflı məlumat: https://rabitabank.com/Kartmane.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR