"Rabitəbank" pandemiyadan zərər çəkmiş sahibkarlara dəstəyini davam etdirir ®

"Rabitəbank" pandemiyadan zərər çəkmiş sahibkarlara dəstəyini davam etdirir ®
  • Clock-gray 11:22
  • calendar-gray 26 Avqust 2020

Azərbaycanın aparıcı biznes banklarından biri olan “Rabitəbank” ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa dair razılaşma imzalayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, razılaşmaya əsasən ölkədə kiçik və orta bizneslərə dəstək proqramının icrasına başlanılıb. Proqram çərçivəsində COVID-19 pandemiyasından zərərçəkmiş və biznes kreditlərinin ödənilməsində çətinlik yaşayan sahibkarlara subsidiyaların və zəmanətlərin verilməsi nəzərdə tutulur. Dəstək proqramından “Rabitəbank”ın həm yeni, həm də cari müştəriləri faydalana bilərlər.

Sahibkarlar banka gəlmədən, Sahibkarlığın İnkişaf Fondunun Elektron Kredit Platformasına  (https://e-edf.gov.az/#/) daxil olaraq “Rabitəbank”dan güzəştli biznes krediti əldə etmək üçün müraciət edə bilərlər. Bankdan alınacaq biznes kreditinin faizlərinin yarısı subsidiyalaşdırılaraq kreditin 60%-dək hissəsinə isə dövlət zəmanəti veriləcək. Kreditin müddəti 3 ilədək, güzəşt müddəti 12 ayadək, təklif olunan kreditin məbləği isə maksimum 3 mln. manatdır.

“Rabitəbank”dan təklif olunan biznes kreditləri biznesdə yaranmış durğunluğu aradan qaldırmaq, post-pandemiya dövründə bizneslərin davamlı inkişafına stimul yaratmaq üçün əla fürsətdir.

APA-Economics

Digər xəbərlər