"Rabitəbank" təkrar müştəriləri üçün yeni məhsul təqdim edib ®

"Rabitəbank" təkrar müştəriləri üçün yeni məhsul təqdim edib ®
# 24 avqust 2020 14:54 (UTC +04:00)

“Rabitəbank” ASC təkrar müştəriləri üçün “Rabitəbanklıyam” məhsulunu təqdim edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu məhsul sayəsində “Rabitəbank”a nağd kredit üçün yenidən müraciət edən müştərilər maksimum 15 min manat deyil, 20 min manat məbləğində kredit əldə edə biləcəklər. Kreditin müddəti 3-36 ay təşkil edir. “Rabitəbank”lı müştəri hansı kredit məhsulundan faydalanmaq istəyəcəksə, həmin məhsulun cari illik faizinə -1% endirim şamil olunacaq. Üstəlik, daha öncə “Rabitəbank”dan zaminlə əldə edilmiş kredit məbləğini təkrar müraciət zamanı zaminsiz olaraq əldə etmək imkanı da təqdim edilir.

“Rabitəbanklıyam” məhsulundan yararlanmaq istəyən təkrar müştərilərin əgər başqa bankda aktiv krediti varsa, kredit digər bankdakı kreditin bağlanması şərtilə verilə bilər.

Banka gəlmədən və əlavə vaxt sərf etmədən “Rabitəbanklıyam” məhsuluna rabitabank.com rəsmi veb-saytından onlayn müraciət etmək mümkündür. Ətraflı məlumat: 133.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR