"Rabitəbank" 8 nominasiyada mükafatlandırılıb

"Rabitəbank" 8 nominasiyada mükafatlandırılıb
  • Clock-gray 11:49
  • calendar-gray 23 Fevral 2021

Ötən həftə Azərbaycan Banklar Assosiasiyasının (ABA) ümumi yığıncağında “Bankçılıq Mükafatları-2019 – 2020” mükafatının qalibləri müəyyən olunub. Azərbaycan Banklar Assosiasiyası üzv təşkilatları, Ekspert Qrupları və tərəfdaşları tərəfindən “Rabitəbank” 2019-cu il üçün 3, 2020-ci il üçün 5 nominasiya üzrə qalib adına layiq görülüb.

Qiymətləndirməyə əsasən “Rabitəbank” “Korporativ sosial məsuliyyət”, “Ən fəal təhsil dəstəkçisi”, “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Elektron Bankçılıq” sahələri üzrə ötən illər ərzində əməli addımları ilə fərqlənərək mükafatlandırılıb.

Ötən il “Rabitəbank” rəqəmsal bankçılıq yolunda daha fəal yeniliklər və məhsullar təqdim etməklə yanaşı sosial, təhsil, maliyyə savadlılığı sahəsində də bir çox faydalı və uğurlu layihələrə imza atıb. Bank müştərilərinə bir çox innovativ ödəniş həlləri təqdim edib:

- Plastik kartların ünvana pulsuz çatdırılması;

- “Rabita Mobile” tətbiqi vasitəsilə xarici bank kartlarına pul göndərmənin asanlaşdırılması;

- “Kartmane” unikal keşbek kartı ilə həm ölkədaxili, həm xaricində, həm də onlayn ödənişlərdə keşbek qazanma imkanı.

“Rabitəbank” cari ildə də əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsi, aztəminatlı ailələrin özünüməşğulluğunun inkişaf etdirilməsi, təhsil sahələrinin dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirəcək.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

APA-Economics

Digər xəbərlər