"Rabitəbank"dan komissiyasız və sığortasız kredit – illik cəmi 15%-lə

"Rabitəbank"dan komissiyasız və sığortasız kredit – illik cəmi 15%-lə
  • Clock-gray 11:49
  • calendar-gray 15 Mart 2021

“Rabitəbank”da Novruz sürprizləri davam edir! Bank bayramqabağı müştərilərin nağd pul ehtiyacınızı nəzərə alaraq bütün endirim və güzəştləri bir araya gətirdi.

Yalnız 4 gün – 16, 17, 18, 19 mart tarixlərində İlaxır çərşənbə münasibətilə “Rabitəbank”da nağd pul kreditini endirimlə 15%-dən başlayaraq əldə etmək mümkün olacaq. Üstəlik endirimli kredit üçün həm sığorta haqqı, həm də komissiya tətbiq olunmayacaq. Kreditin maksimal məbləği 20 000 AZN, müddəti isə maksimum 36 ay təşkil edir.

Nağd pul kreditini növbəsiz və çevik sifariş etmək üçün bankın rəsmi saytında müraciət forması doldura (http://rbt.az/bayram15), ya “Rabita Mobile” tətbiqi, ya da “RabitaBot” çatbotu vasitəsilə sifariş edə bilərsiniz.

Hər zaman müştərilərinə rahat bankçılıq təcrübəsi yaşadan və onların ehtiyaclarına önəm verən “Rabitəbank” bu fürsətlərlə zəngin kampaniya ilə onların bayramına bayram qatacaq. Kampaniyanın yalnız 4 gün davam edəcəyini nəzərə alaraq bütün fürsətlərdən faydalanmağa tələsin.

Kampaniya haqqında daha ətraflı məlumatla “Rabitəbank”ın 133 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

APA-Economics

Digər xəbərlər