"Rabitəbank"dan qış bonusu: "Kartmane" əldə edən müştərilər 21 bal keşbek qazanacaq

"Rabitəbank"dan qış bonusu: "Kartmane" əldə edən müştərilər 21 bal keşbek qazanacaq
# 14 dekabr 2020 13:45 (UTC +04:00)

Onlayn alış-verişlərin qızğın çağında “Rabitəbank”ın “Kartmane” sahibi olmaq üçün əsl vaxtdır. Çünki qarşıdan gələn 2021-ci il münasibətilə “Kartmane” əldə edən hər kəs 21 keşbek balı qazanacaq. Bunun üçün “Kartmane” debet və ya “Kartmane” kredit kartı sifariş edərkən kartın pulsuz əldə edilməsi üçün tələb olunan minimum ilkin mədaxili etmək kifayətdir. Bakı və Sumqayıt filiallarından əldə olunan “Kartmane” kartı üçün minimum mədaxil 250 AZN/USD/EUR, region filialları üzrə isə 100 AZN/USD/EUR təşkil edir.

Sahiblərini həm ölkədaxili, həm də ölkə xaricində üstünlüklərlə yaşadan “Kartmane” kartında keşbek hesablama sistemi çox sadədir: 1 bal 1 AZN deməkdir. Bu keşbek ballarını isə Rabita Mobile tətbiqi ilə növbəti ayın ilk 7 iş günü ərzində kart balansına yükləmək mümkündür. Siz də hər alış-verişdə qazanmaq üçün “Kartmane”lilərin sırasına qoşulun. Kartmane əldə etmək üçün banka gəlməyə ehtiyac yoxdur. Bankın rəsmi saytından (https://rbt.az/kartmane-kart), “Rabita Mobile” tətbiqindən və ya Rabitabot çatbotu ilə messencer və teleqram üzərindən “Kartmane”ni onlayn sifariş edə bilərsiniz. Kartın ünvana çatdırılması pulsuzdur!

14 dekabrdan start götürəcək kampaniya 13 yanvaradək davam edəcək. Kampaniyanın şərtləri ilə daha ətraflı tanış olmaq üçün “Rabitəbank”ın 133 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR