“Rabitəbank”ın əməliyyat mənfəəti 30% artıb

“Rabitəbank”ın əməliyyat mənfəəti 30% artıb
# 25 aprel 2020 14:03 (UTC +04:00)

2020-ci ilin birinci rübünün göstəricilərinə əsasən, "Rabitəbank" ASC 1,1 mln. manat mənfəət əldə edib.

"APA-Economics"in banka istinadən verdiyi xəbərə görə, kredit portfeli keçən ilin analoji dövrü ilə müqaisədə 9,6% yəni 54 mln. manat artaraq 388 mln. manat təşkil edib. Rübün sonuna bankın aktivləri 709 mln. manat olub, balans kapitalı isə keçən ilin analoji dövrü ilə müqaisədə 4% yəni 3,8 mln. manat artaraq 97 mln. manata çatıb. Bankın əməliyyat mənfəəti sözükeçən dövr ərzində 2019-cu ilin analoji dövrü ilə müqaisədə 30%-ə qədər artaraq 4,25 mln. manat təşkil edib.

Bankın faiz gəlirləri sözükeçən dövr ərzində 14% yəni 1,4 mln. manat artaraq 11,3 mln. manata çatıb. Bankın bu dövr ərzində qeyri-faiz gəlirləri 54% yəni 1,4 mln manat artıraraq 4 mln. manata yüksəlib.

İstehlak kreditlərin həcmi də 2019-cu ilin analoji dövrü ilə müqaisədə 17 mln. manat artaraq 47 mln. manata çatıb. Bank 2020-ci ilin ilk rübü ərzində 24 mln manat məbləğində biznes krediti verərək, ümumi biznes kredit portfelini 242 mln. manata çatdırıb. Fərdi sahibkarlar o cümlədən fikizi və hüquqi şəxslərə maliyyə xidmətlərinin əlçatanlığını artırmaq üçün Rabitəbank Dünya Bankı, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) və Kredit Zəmanət Fondunun xətti ilə aktiv şəkildə biznes kreditlərinin verilməsini davam etdirir.

"Rabitəbank"da sürətli pul köçürmələri dövriyyəsi analoji dövr ərzində 10% yəni 4 mln. manat artaraq 43 mln. manata çatıb. Sürətli pul köçürmə sayı isə 4.5% yəni 3 min ədəd artaraq 68 min köçürməyə yüksəlib.

Bankın aktiv kart sayı 2019-cu ilin analoji dövrü ilə müqaisədə 40% yəni 25 min ədəd artaraq 87.000 ədədə çatıb. 2019-cu ilin Dekabr ayında tam yenilənmiş "Kartmane" kartlarını təqdim edən "Rabitəbank" bu kartlarla müştərilərə bir sıra xüsusi imtiyazlar və ölkənin bank bazarında ilk dəfə olaraq bir ədəd kart vasitəsilə 3 növ “cashback” imkanını təqdim edir. Belə ki, daha əvvəl təqdim edilən dünyanın istənilən ölkəsində YDM xərcləmələrinə 10% və restoran xərcləmələrinə 5% “cashback” təklifi ilə yanaşı, bank “bütün ödənişlərə 2%” və “supermarketlərə 5%” cashback tiplərini təqdim edib. Dekabr 2019 – Mart 2020 tarixləri ərzində "Kartmane" kartı sahiblərinə 50.000 AZN-dan çox cashback qazandırmışdır. Müştərilərə təklif etdiyi üstünlüklərə görə "Kartmane" kartı 2020-ci ilin Fevral ayında “Azeri Business Awards” tərəfindən “Ilin Innovativ Bank məhsulu” nominasiyası üzrə qalib olub.

Müştərilərə təklif etdiyi rəqəmsal bank xidmətlərinin sayını durmadan artıran "Rabitəbank"ın 2019-cu ildə istifadə verdiyi mobil tətbiqi də sürətlə böyüməyə davam edir. Hal-hazırda 25.000-dən çox aktiv istifadəçisi olan Rabitabank Mobil tətbiqi vasitəsilə müştərilər banka gəlmədən maliyyə xidmətlərindən faydalanırlar. "Rabitəbank" rahat bankçılıq şüarına sadiq qalaraq mobil tətqib vasitəsilə müştərilə verdiyi xidmətlərin çeşidliyinin, sürətinin və istifadə rahatlığının artırılması istiqamətində əməli addımlar atır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR