"Raiffeisen" Çexiyanın "Equa bank"ını alır

"Raiffeisen" Çexiyanın "Equa bank"ını alır
# 08 fevral 2021 13:15 (UTC +04:00)

"Raiffeisen Bank International" (RBI) holdinqi "AnaCap Financial Partners" ("AnaCap") investisiya şirkətindən Çexiyanın "Equa bank"ının səhmlərinin 100%-ni satın alır.

"APA-Economics"in məlumatına görə, bu barədə holdinqin açıqlamasında deyilir.

"RBI "Equa bank"ın 100% səhmini "AnaCap Financial Partners"dan satın alınmasına dair müqavilə imzalanıb", - açıqlamada qeyd olunub.

Satınalma RBI-nin seçilmiş hədəf bazarlarında mövcudluğunu genişləndirmək strategiyasının bir hissəsidir. Müqavilənin tənzimləyici orqan tərəfindən təsdiq edilməsindən sonra, 2021-ci ilin II rübünün sonunda bağlanması gözlənilir. RBI müqavilənin məbləğini açıqlamayıb.

Qeyd edək ki, 2020-ci ilin sonunda "Equa bank"ın cəmi aktivləri 2,8 mlrd. avro, "Raiffeisenbank"ın isə 15,7 mlrd. avrodan çox olub.

Çexiyada fəaliyyət göstərən "Equa bank" istehlak kreditləşməsində ixtisaslaşıb. Bank təxminən 480 min müştəriyə xidmət göstərir.

Avstriyanın "Raiffeisen International" bank holdinqi Orta və Şərqi Avropanın bir sıra ölkəsində fəaliyyət göstərir. Holdinqdə təxminən 47 min nəfər çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR