"Rosoboroneksport" bu il 10 mlrd. dollarlıq silah-sursat satıb

"Rosoboroneksport" bu il 10 mlrd. dollarlıq silah-sursat satıb
# 07 dekabr 2020 13:21 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Rusiyanın "Rosoboroneksport" dövlət şirkəti ("Rostex"in bir hissəsi) 10 mlrd. ABŞ dolları dəyərində silah-sursat tədarük edib.

"APA-Economics"in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında "Rostex"ın rəhbəri Sergey Çemezov deyib.

"Bu günə olan satışların dəyəri təxminən 10 mlrd. dollardır. Düşünürəm ki, dekabr ayının sonunadək planlanan hədəflərə çatacağıq. Bir qayda olaraq, maksimal tədarük məhz ilin sonunda həyata keçirilir" dedi.

Xatırladaq ki, "Rosoboroneksport" Rusiyada hərbi və ikili məqsəd üçün məhsulların, texnologiyaların və xidmətlərin bütün növlərinin ixracı və idxalı üzrə yeganə dövlət vasitəçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR