Rusiya əhalisinin real gəlirləri bu il 6% azalacaq

Rusiya əhalisinin real gəlirləri bu il 6% azalacaq
# 27 may 2020 16:30 (UTC +04:00)

Rusiyada əhalinin real gəlirləri cari ilin sonunadək 6% azalacaq.

"APA-Economics"in "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, bunu Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov deyib.

Onun sözlərinə görə, dövlətin böhranla mübarizə tədbirləri gəlirlərin azalmasını yavaşlatdı: "Əgər bunlar qəbul edilməsəydi, 2020-ci ilin II rübündə gəlirlərin azalması əhəmiyyətli dərəcədə böyük olardı – 7,5%-dək".

İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına görə, gələn il əhalinin gəlirləri və əməkhaqqı real ifadədə 3% artacaq. Rusiyada işsizlik səviyyəsi cari ilin sonuna 5,7% olacağı gözlənilir.

Gəlir və ÜDM-in ən böyük azalması yayda gözlənilir. İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına görə, bu ilin II rübündə Rusiyada ÜDM istehsalı illik ifadədə ən azı 9,5%, əhalinin real gəlirləri isə 6% azalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR