Rusiya milyarderlərinin sərvəti pandemiya şəraitində 20% artıb

Rusiya milyarderlərinin sərvəti pandemiya şəraitində 20% artıb
# 07 oktyabr 2020 13:13 (UTC +04:00)

Rusiya milyarderlərinin 2020-ci ildə sərvəti aprel ayından iyul ayınadək 20% artaraq 467,6 mlrd. ABŞ dollarına çatıb.

"APA-Economics"in RİA "Novosti"yə istiadən verdiyi məlumata görə, bu barədə PwC və UBS şirkətlərinin birgə araşdırmasında deyilir.

"7 aprel 2020-ci il tarixinə Rusiyanın ən zəngin adamlarının sərvəti 388,9 mlrd. dollara bərabər idi. Apreldən iyul ayınadək onların sərvəti 20% artaraq 467,7 mlrd. dollara çatıb. Hazırda Rusiyada 102 milyarder var", - araşdırmada deyilir.

Araşdırmanın müəllifləri hesab edir ki, artımın əsas drayverləri maliyyə xidmətləri, sənaye, əyləncə və media sahələri olub. Onlar həmçinin qeyd edir ki, rusiyalı milyarderlərin hamısı sərvətini özü qazanıb, yəni varidat onlara miras qalmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR