Rusiya və Çin 107 mlrd. dollarlıq investisiya layihələrini müzakirə edir

Rusiya və Çin 107 mlrd. dollarlıq investisiya layihələrini müzakirə edir
# 10 dekabr 2020 15:33 (UTC +04:00)

Rusiya-Çin İnvestisiya Əməkdaşlığı üzrə Hökumətlərarası Komissiya 107 mlrd. ABŞ dolları dəyərində 70-ə yaxın investisiya layihəsini müzakirə edir.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun (RBİF) açıqlamasında deyilir.

Qeyd olunur ki, bu günədək RBİF və Rusiya-Çin İnvestisiya Fondu (RÇİF) hökumətlərarası komissiyanın bir sıra layihəsinə 500 mln. dollardan çox sərmayə yatırıb və cəlb olunan beynəlxalq tərəfdaşların investisiyaları nəzərə alınmaqla, ümumi sərmayə 6 mlrd. dollara çatacaq.

Rusiya-Çin investisiya əməkdaşlığı eyni anda bir neçə əsas sahədə aktiv şəkildə inkişaf edir, xüsusən də iyul ayında 1 mlrd. dollar həcmində Rusiya-Çin Texnoloji İnvestisiya Fondu yaradıldı. Fond hazırda 150 mln. dollar dəyərində 10-dan çox layihəni nəzərdən keçirir. Həmçinin, 2020-ci ildə ümumi həcmi 1 mlrd. dollar olan "Guangdong Utrust Investment Holdings"la Böyük Körfəz üçün Rusiya-Çin Fondunun yaradılması uğurla başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR