Rusiyada əhalinin müflisləşməsi bu il 65% artıb

Rusiyada əhalinin müflisləşməsi bu il 65% artıb
# 06 oktyabr 2020 12:00 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Rusiya vətəndaşları arasında müflis olanların sayı 77 050 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 64,9% çoxdur.

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Fedresurs" portalı (hüquqi şəxslər, fərdi sahibkarlar və digər iqtisadi fəaliyyət subyektlərinin fəaliyyətinin faktları barədə qanuni əhəmiyyətli məlumatların vahid federal reyestri) dərc edib.

Qeyd edilir ki, hesabat dövründə şirkətlər arasında iflas faktları 19% azalıb. Eyni zamanda, sentyabr ayında məhkəmələr 12 225 şəxsi müflis elan edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən təxminən 2 dəfə (94,6%) çoxdur.

"Fedresurs"un rəhbəri Aleksey Yuxnin bildirib ki, müflisləşmə prosedurlarının daha aydın və ucuz, həmçinin vətəndaşların əvvəlkinə nisbətən daha məlumatlı olması səbəbindən borclardan azad olmaq üçün insanların özlərini müflis elan etməsi tendensiyası artır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR