Rusiyadan xalis kapital axını bu il 70%-ə yaxın artıb

Rusiyadan xalis kapital axını bu il 70%-ə yaxın artıb
# 11 noyabr 2020 18:20 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Rusiyadan xalis kapital axını ötən ilin eyni dövründəki 26,4 mlrd. ABŞ dollarına qarşı 44,4 mlrd. dollar təşkil edib. Göründüyü kimi, artım 18 mln. dollar və ya 68,2% təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya Mərkəzi Bankının hesabatında deyilir.

"Bu ilin 10 ayında özəl sektorda maliyyə əməliyyatlarının saldosu bir il əvvəlki 26,4 mlrd. dollara qarşı 44,4 mlrd. dollar təşkil edib", - hesabatda qeyd olunub.

Bank öhdəliklərindəki azalmanın əsas rol oynadığı ötənilki vəziyyətdən fərqli olaraq, 2020-ci ilin yanvar-oktyabr aylarında digər sektorların qeyri-rezidentlərinə borcların azalması səbəbindən göstərici də formalaşıb, deyə tənzimləyici izah edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR