Rusiyadan xalis kapital axını kəskin artıb

Rusiyadan xalis kapital axını kəskin artıb
# 09 dekabr 2020 17:49 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Rusiyadan xalis kapital axını illik müqayisədə 77,4% artaraq 47,9 mlrd. ABŞ dolları təşkil edib. Ötən ilin analoji dövründə bu göstərici 27 mlrd. dollara bərabər olub.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) açıqlamasında deyilir.

Rusiya Bankı ölkədən kapital axının artmasının əsas səbəbi kimi, həm bankların, həm də digər sektorların qeyri-rezidentləri qarşısında öhdəliklərin azalmasını göstərir. Bank qeyd edir ki, ötən ilin analoji dövründə qeydə alınan göstərici xarici aktivlərini artıran və xarici öhdəliklərini azaldan bankların hesabına formalaşmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR