Rusiyanın ÜDM-i bu il 4,8%-dək azala bilər

Rusiyanın ÜDM-i bu il 4,8%-dək azala bilər
# 15 oktyabr 2020 15:05 (UTC +04:00)

2020-ci ildə Rusiyada ÜDM istehsalının azalması 4,2-4,8% arasında dəyişə bilər.

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Hesablama Palatasının rəhbəri Aleksey Kudrin Dövlət Dumasının büdcə və vergilər komitəsinin iclasında deyib.

"2020-ci ildə ÜDM-də azalma proqnozlaşdırılan dəyəri üstələyəcək və iqtisadiyyatda vəziyyətin inkişaf ssenarisindən asılı olaraq, 4,2%-dən 4,8%-dək olacaq", - deyə Kudrin qeyd edib.

Makroiqtisadi proqnozun baza versiyası 2020-ci ildə Rusiyada ÜDM-in 3,9% azalacağını nəzərdə tutur. Bundan əvvəl Hesablama Palatasının rəhbəri 2020-ci ilin sonunadək Rusiyanın ÜDM istehsalının 4-5% azalacağını ehtimal edirdir.

Eyni zamanda, Kudrin bildirib ki, 2013-cü ildən 2019-cu ilədək Rusiyada ÜDM-in orta illik artım tempi 1%-dən az idi və sonrakı illərdə ÜDM-in əhəmiyyətli dərəcədə artım gözləntiləri nikbindir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR