Rusiyanın Ukrayna ilə ticarət dövriyyəsi 43%-dən çox azalıb

Rusiyanın Ukrayna ilə ticarət dövriyyəsi 43%-dən çox azalıb
# 10 sentyabr 2020 16:53 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Rusiya ilə Ukrayna arasında ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 43,4% azalaraq 4,24 mlrd. ABŞ dolları təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Rusiyanın Federal Gömrük Xidmətinin məlumatında deyilir.

Hesabat dövründə Rusiyadan Ukraynaya ixrac illik ifadədə 52,1% azalaraq 2,202 mlrd. dollar, Ukraynadan idxal isə 29,3% azalaraq 2,038 mlrd. dollar təşkil edib.

Qeyd edək ki, Ukraynanın Rusiyanın ümumi xarici ticarət dövriyyəsindəki payı ötənilki 2%-dən 1,4%-ə azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR