Rusiyanın "Urals" neftinin orta qiyməti oktyabrda 40,83 dollaradək azalıb

Rusiyanın "Urals" neftinin orta qiyməti oktyabrda 40,83 dollaradək azalıb
# 02 noyabr 2020 16:36 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Rusiyanın əsas ixrac məhsulu sayılan "Urals" neftinin bir barelinin orta qiyməti 40,81 ABŞ dolları təşkil edib. Halbuki ötən ilin analoji dövründə orta qiymət 63,53 dollara bərabər olub.

"APA-Economics" xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə Nazirliyinin məlumatında deyilir.

Məlumatda qeyd olunub ki, oktyabrda "Urals"ın orta qiyməti sentyabra nisbətən 0,9%, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 30,4% azalaraq 40,53 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR