Rusiyanın beynəlxalq ehtiyatları 565 mlrd. dolları ötüb

Rusiyanın beynəlxalq ehtiyatları 565 mlrd. dolları ötüb
# 28 may 2020 18:05 (UTC +04:00)

Rusiyanın beynəlxalq ehtiyatları mayın 15-dən 22-dək 2,4 mlrd. ABŞ dolları artaraq 565,3 mlrd. dollara çatıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının yaydığı məlumatda deyilir.

Rusiyanın beynəlxalq ehtiyatları Mərkəzi Bank və Rusiya hökuməti tərəfindən saxlanılan maliyyə aktivləridir. Beynəlxalq ehtiyatlar xarici valyutadakı aktivlərdən, monetar qızılından, xüsusi cəlbetmə hüquqlarından (SDR-lər – Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən istifadə olunan pul vahidi), BVF-də ehtiyat mövqe və digər aktivlərdən ibarətdir.

2014-cü böhran ilində Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi 125 mlrd. dollar azalaraq 385,46 mlrd. dollara düşüb. 2015-ci ildə isə bu göstərici daha 4,5% (17,46 mlrd. dollar) azalaraq 368 mlrd. dollar təşkil edib.

Rusiyanın beynəlxalq ehtiyatları maksimal həcmə 2008-ci ilin avqustunda çatmışdı – 598 mlrd. dollar. 2008-2009-cu illər böhranında isə bu ehtiyatlar 376 mlrd. dollaradək azalıb (2009-cu ilin mart ayında).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR