Rusiyanın ən zəngin "Instagram" bloqerlərinin reytinqi açıqlanıb - TOP-10

Rusiyanın ən zəngin "Instagram" bloqerlərinin reytinqi açıqlanıb - TOP-10
# 26 avqust 2020 16:30 (UTC +04:00)

"Forbes" jurnalı Rusiyanın ən zəngin "Instagram" bloqerlərinin reytinqi tərtib edib. Siyahının ilk onluğunda 9 qadın və 1 kişi bloqeri yer alıb.

"APA-Economics"in "Forbes"a istinadən verdiyi məlumata görə, siyahıda liderliyi 7,7 mln. izləyicisi olan siyasətçi, aktrisa, jurnalist, televiziya və radio aparıcısı olan Kseniya Sobçak qoruyub-saxlayıb. O, il ərzində "Instagram"da 1,5 mln. dollar qazanıb.

Reytinqin ikinci pilləsində rusiyalı müğənni Polina Qaqarina qərarlaşıb. 8,4 mln. izləyicisi olan Polina il ərzində "Instagram"dakı fəaliyyətindən 890 min dollar əldə edib.

"Instagram" bloqer və aparıcısı İda Qaliç siyahının ilk üçlüyünü tamamlayır. 850 min dollar qazanan və 7,1 mln. izləyiciyə malik olan İda siyahıda rusiyalı müğənni və aparıcı Olqa Buzovanı reytinqin ilk onluğundan kənarlaşdırıb.

Rusiyanın ən zəngin "Instagram" bloqerlərinin reytinqi:

#

Adı

İzləyicilərin sayı, mln.

Qazanc, mln. dollar

1

Kseniya Sobçak

7,7

1,5

2

Polina Qaqarina

8,4

0,89

3

İda Qaliç

7,1

0,85

4

Kseniya Borodina

15,4

0,77

5

Alina Levda

5,3

0,76

6

Nastya İvleyeva

17,7

0,61

7

Valeriya Çekalina

6,5

0,61

8

Regina Todorenko

8,6

0,6

9

Yelena Temnikova

5,2

0,6

10

Həbib Nurməhəmmədov

21,2

0,6

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR