"Rəvan Sığorta"nın səhmdarları şirkətin bağlanmasını müzakirə edəcək

"Rəvan Sığorta"nın səhmdarları şirkətin bağlanmasını müzakirə edəcək
# 08 iyul 2020 14:06 (UTC +04:00)

Bu ilin avqustun 10-da saat 11:00-da "Rəvan Sığorta" ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Yığıncağın gündəliyində "Rəvan Sığorta"nın könüllü qaydada ləğv edilməsi, ASC-nin lisenziyasının ləğvi üçün Azərbaycan Mərkəzi Bankına müraciət edilməsi, Ləğvetmə Komissiyasının yaradılması və "Rəvan Sığorta"nın Gəncə filialının ləğv edilməsi məsələləri durur

Xatırladaq ki, "Rəvan Sığorta"nın əsas səhmdarları "Nurgun Group" (49,1%) və "Nurgun Motors" MMC-dir (42,36%), bu il bağlanan "NBC Bank" isə sığorta şirkətinin 8,54% səhmlərinə sahibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR