SİF: Azərbaycan sahibkarları bu il 1 mlrd. manata yaxın kreditin alınması üçün müraciətlər edib

SİF: Azərbaycan sahibkarları bu il 1 mlrd. manata yaxın kreditin alınması üçün müraciətlər edib
# 23 dekabr 2020 12:28 (UTC +04:00)

Dövlət zəmanəti ilə kredit əldə etmək üçün 30 iyun tarixindən indiyədək Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fonduna (SİF) 941 mln. manat dəyərində 3 300 müraciət qeydə alınıb.

APA-Economics”in məlumatına görə, bunu 10-cu Beynəlxalq “Caspian Energy Investment” Forumu və 5-ci Beynəlxalq “Caspian Business Award 2020” mükafatının təqdimetmə mərasimində çıxış edən SİF-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Samir Hümbətov deyib.

Onun sözlərinə görə, artıq 512 müraciət müsbət qəbul edilib və nəticədə 163,5 mln. manat həcmində kreditlərin verilməsi təmin olunub. Bununla yanaşı, 1 739 kredit üzrə subsidiya verilməsi üçün 30 mln. manatlıq məbləğ də təsdiq olunub.

S. Hümbətov bildirib ki, Fond özünün yeni strategiya planını hazırlayıb və kreditlərdən başqa yeni məhsulların olması da nəzərdə tutulur: “Yeni məhsulların bazara təklif olunmasında sahibkarların təklifləri nəzərə alınıb. Biz burada faktorinq, forfeytinq, ticarətin maliyyələşdirilməsi, dövriyyə kapitalının artırılması, zəmanətli kreditlərin verilməsi kimi proqramlarla sahibkarların qarşına çıxacağıq”.

S. Hümbətov həmçinin bildirib ki, Fondun bütün fəaliyyəti elektronlaşdırılacaq və sənəd dövriyyəsi tam olaraq elektron formatda həyata keçiriləcək: ”Əsas məqsədimiz elektron kredit platformasının fəaliyyətinin bütün əməliyyatlarını həmin platformaya inteqrasiya edərək sahibkarlara heç yerə getmədən kreditləri əldə etmək üçün şərait yaratmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR