SOCAR Ukraynada fəaliyyətə başladığı dövrdən etibarən bu ölkəyə ümumilikdə 300 mln. ABŞ dollarına yaxın sərmayə yatırıb.
"APA-Economics"in məlumatına görə, bu barədə SOCAR-ın 2019-cu ilin nəticələrinə dair "Davamlı inkişaf" adlı hesabatda deyilir.
SOCAR Ukraynadakı fəaliyyətini "SOCAR Enerjy Ukrayna" şirkəti vasitəsilə həyata keçirir və şirkət 2009-cu ilin dekabr ayında yaradılıb. Məlumata görə, şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın və aviasiya yanacağının topdan satışını həyata keçirməkdən ibarətdir.
"Ukrayna ərazisində şirkətə məxsus 60-dan çox yanacaqdoldurma məntəqəsi və 4 ədəd neft bazası fəaliyyət göstərir", - hesabatda deyilir.