SOCAR istiqrazları üzrə növbəti faiz ödənişləri həyata keçirilib

SOCAR istiqrazları üzrə növbəti faiz ödənişləri həyata keçirilib
# 18 yanvar 2021 14:59 (UTC +04:00)

Bu gün nominal dəyəri 1 000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi isə 5% olan SOCAR istiqrazlarının cari il üzrə 1-ci faiz ödənişləri həyata keçirilib.

"APA-Economics"in məlumatına görə, bu barədə Milli Depozit Mərkəzinin (MDM) açıqlamasında deyilir.

Qeyd olunub ki, ödənişlərin ümumi məbləği 1,250 mln. dollar təşkil edir.

Xatırladaq ki, 2016-cı ildə SOCAR tərəfindən buraxılan istiqrazların ödənişləri üzrə agenti qismində MDM çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR