SOCAR otən il neft satışından 51 mlrd. manatdan çox gəlir əldə edib

SOCAR otən il neft satışından 51 mlrd. manatdan çox gəlir əldə edib
# 30 iyun 2020 10:52 (UTC +04:00)

SOCAR 2019-cu ildə xam neftin satışından 51,1 mlrd. manat gəlir əldə edib.

Bu barədə "APA-Economics" SOCAR-ın 2019-cu il üçün konsolidasiya edilmiş maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, ötən il SOCAR neft məhsullarının satışından isə 22,2 mlrd. manat gəlir əldə edib.

"Şirkətin gəlirlərində ən böyük artım 25%-lə təbii qazın satışında qeydə alınmışdır ki, bunun da səbəbi "Şahdəniz-2" layihəsində və "Ümid" yatağında hasilatın yüksəlməsidir", - məlumatda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR