SOCAR qeyri-neft ixracatçıları arasında liderliyini qorumağa davam edir

SOCAR qeyri-neft ixracatçıları arasında liderliyini qorumağa davam edir
# 30 iyul 2020 16:31 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına 71,1 mln. ABŞ dolları ilə (2019-cu ilin yanvar-iyun 112,6 mln. dollar) SOCAR-ın "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir.

Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.

Məlumata əsasən, daha sonra bu siyahıda "Azergold" QSC (43,1 mln. dollar), "Azərenerji" ASC (41,4 mln. dollar), "Azəralüminium" MMC (33,6 mln. dollar), "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (11,1 mln. dollar), "Azərbaycan Hava Yolları" QSC (4,9 mln. dollar), "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC (822 min dollar), "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC (721 min dollar), Naxçıvan MR Dövlət Energetika Xidməti (240 min dollar) və "ASK şüşə" MMC (171 min dolar) qərarlaşıb.

Bundan əlavə, bu ilin yanvar-iyun ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində isə "SOCAR Polymer" MMC (64,8 mln. dollar), "Land Lojistic" MMC (53,7 mln. dollar), "Azerbaijan International Mining Company Ltd." şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (51,7 mln. dollar) ilk üçlükdə qərarlaşıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR