SWIFT: Avro oktybarda qlobal ödənişlərdə ən çox istifadə edilən valyuta olub

SWIFT: Avro oktybarda qlobal ödənişlərdə ən çox istifadə edilən valyuta olub
# 19 noyabr 2020 10:16 (UTC +04:00)

Bu ilin oktyabr ayında avro 2013-cü ilin fevralından bəri ilk dəfə olaraq ABŞ dollarını geridə qoyaraq qlobal ödənişlər üçün ən çox istifadə edilən valyuta olub.

"APA-Economics"in məlumatına görə, bu barədə Dünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) açıqlamasında deyilir.

"Oktyabr ayında avro və ABŞ dollarından sonra qlobal ödənişlər üçün ən çox istifadə edilən valyutalar Britaniya funt sterlinqi və Yaponiya yeni olub. Beşinci pilləyə qalxan Kanada dolları isə Çin yuanını geridə qoyub", - məlumatda deyilir.

Qeyd edək ki, SWIFT məlumatların ötürülməsi və ödənişlərin aparılması üçün beynəlxalq banklararası sistemdir. Sistem 200 ölkədə 11 mindən çox maliyyə qurumunun qlobal ödənişlər üzrə məlumatlarını idarə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR