Sabah BFB-də İKZF-nin ipoteka istiqrazlarının növbəti emissiyası yerləşdiriləcək

Sabah BFB-də İKZF-nin ipoteka istiqrazlarının növbəti emissiyası yerləşdiriləcək
# 10 mart 2021 15:21 (UTC +04:00)

Martın 11-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 55 mln. manat həcmində sənədsiz adlı, faizli təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"APA-Economics"in İKZF-yə istinadən verdiyi məlumata görə, istiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaq.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 22 yanvar 2021-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 55 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Əlavə edək ki, baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Reyestrsaxlayıcı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR