Sahil Babayev: "Növbəti illərdə 16 min ailənin özünüməşğulluğu təmin ediləcək

Sahil Babayev: "Növbəti illərdə 16 min ailənin özünüməşğulluğu təmin ediləcək
# 23 dekabr 2020 13:08 (UTC +04:00)

“Növbəti illərdə 16 min ailənin özünüməşğulluğu təmin ediləcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, hədəf il ərzində 10 min insanın peşə təhsilini təmin etməkdir: “Bunlardan 3 min nəfərinə sertifikat verilməsi planlaşdırılır ki, bu da onların daha tez iş tapmasına səbəb olacaq. Bu, 3 illik hədəfdir. Cari ildə 3 min nəfərin peşə təhsili, 1000 nəfərin isə sertifikat alması planlaşdırılır. İşsiz şəxslərin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə bu ödənişləri alan şəxslərin sayının 2021-ci ildə artırılması nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR