Samir Şərifov: "Dövlət büdcəsinin xərcləri əhəmiyyətli dərəcədə artırılıb"

Samir Şərifov: "Dövlət büdcəsinin xərcləri əhəmiyyətli dərəcədə artırılıb"
# 05 fevral 2021 19:55 (UTC +04:00)

“İşğaldan azad olunmuş ərazilərdə artıq icrasına başlanılmış bərpa-yenidənqurma və quruculuq işlərinin aparılması, iqtisadiyyatın artım tempinin bərpa edilməsi, iqtisadi fəallığa təkan verilməsi, koronavirusa qarşı mübarizə tədbirlərinin davam etdirilməsi, o cümlədən peyvəndləmə prosesinin başa çatdırılması, post-pandemiya dövründə də ölkə iqtisadiyyatının canlandırılması məqsədilə dövlət tərəfindən həyata keçirilən proqramların, iqtisadi və sosial dəstək tədbirlərinin maliyyə təminatının yaradılmasıdır”.

APA-nın məlumatına görə, bu barədə Maliyyə Nazirliyində bu gün keçirilən geniş kollegiya iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir Prezident İlham Əliyevin cari il üçün qarşıya mühüm vəzifələr qoyduğunu vurğulayıb: “Bununla əlaqədar 2021-ci ildə kontrsiklik büdcə siyasətinin həyata keçirilməsi qərara alınıb, dövlət büdcəsinin xərcləri əhəmiyyətli dərəcədə artırılıb ki, bu tədbirlər hesabına da ölkədə həm iqtisadi fəallığın təşviqi, həm də Qarabağın yenidən qurulması və ölkə iqtisadiyyatına re-inteqrasiyasının təmin edilməsi maliyyələşdiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR