Samir Şərifov büdcə qaydasına qayıtmağı vacib sayır

Samir Şərifov büdcə qaydasına qayıtmağı vacib sayır
# 23 dekabr 2020 11:54 (UTC +04:00)

“Cari ildə biz büdcə qaydasının dayandırılması barədə qərar qəbul etmişdik. Lakin büdcə qaydasına qayıtmaq vacib məsələdir. Bununla əlaqədar müvafiq təkliflər təqdim olunacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2020-ci il iqtisadi baxımdan xüsusi il olub: “Cari ilin sonuna qeyri-neft baza kəsirinin nisbəti artıb. 2021-ci ildə biz qeyri-neft baza kəsirinin yenə də azalmasına nail olmalıyıq. Söhbət 2 faiz azalmadan gedir. Buna nail olacağıq. 2021-ci ilin dövlət büdcəsi layihəsi növbəti illərdə qarşımızda duran məsələlərin icrasını təmin edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR