"S&P 500" indeksi kəskin azalıb

"S&P 500" indeksi kəskin azalıb
# 29 fevral 2020 16:00 (UTC +04:00)

“Standard & Poor's” reytinq agentliyinin tərtib etdiyi “S&P 500” indeksi yayılan koronavirusun təsirindən investorların həddən artıq dəyişkən səhmlərdən uzaqlaşmağa davam etdiyi üçün cümə günü kəskin azalıb.

APA-Economics”in reytinq agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın birja bazarında satılan 500 seçilmiş ictimai şirkətini əhatə edən “S&P 500” fond indeksi 4,1% azalıb. Nəticədə, “S&P 500” beş gün ərzində 11% azalıb və bu, 2008-ci ildəki maliyyə böhranından bəri ən kəskin azalmadır.

Qeyd edək ki, bütün “S&P 500” şirkətlərinin səhmləri Nyu-York və NASDAQ kimi ABŞ-ın ən böyük birjalarında satılır. “S&P 500” indeksi onların ümumi kapitallaşmasını əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR