"S&P": ARDNF-in likvid aktivlərinin 2021-2024-cü illərdə ÜDM-də payı azalsa da, Fond ölkəni əhəmiyyətli buferlə təmin edəcək

"S&P": ARDNF-in likvid aktivlərinin 2021-2024-cü illərdə ÜDM-də payı azalsa da, Fond ölkəni əhəmiyyətli buferlə təmin edəcək
# 23 yanvar 2021 14:09 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) likvid aktivlərinin 2021-2024-cü illərdə ÜDM-də payı tədricən azalması gözlənilsə də, ölkəni iqtisadi və maliyyə şoklarından qorumaq üçün əhəmiyyətli bufer rolunu oynayacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə "S&P Global Ratings" reytinq agentliyinin açıqlamasında deyilir.

Məlumata görə, ARDNF-in məhz likvidliyi yüksək olan aktivlərinin Azərbaycanın ÜDM-ində payı 2021-2024-cü illərdə ortalama 74% təşkil edəcək.

Ayrıca illərə gəldikdə, agentliyin proqnozuna əsasən, Neft Fondunun likvid aktivlərinin ÜDM-də payı 2021-ci ildə 78,5%, 2022-ci ildə 74,7%, 2023-cü ildə 71,7%, 2024-cü ildə isə 71,2% təşkil edəcək.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 1-nə Fondun aktivlərinin həcmi 0,56% artaraq 43 564,3 mln. ABŞ dollarına bərabər olub. 2020-ci ilin yanvarın 1-nə isə ARDNF-in aktivlərinin həcmi 43 323,3 mln. dollara bərabər olub və ÜDM-dəki payı 90%-ə bərabər olub. "S&P"yə görə, məhz likvid aktivlərin payı ÜDM-də 88% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR