"S&P" Azərbaycanın beynəlxalq kredit reytinqini dəyişməz olaraq saxlayıb

"S&P" Azərbaycanın beynəlxalq kredit reytinqini dəyişməz olaraq saxlayıb
# 27 mart 2020 10:17 (UTC +04:00)

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini "BB+/B" səviyyəsində, reytinq üzrə proqnozu isə stabil təsdiqləyib.

"APA-Economics"in reytinq agentliyinin istinadən verdiyi məlumata görə, agentliyin Azərbaycanın beynəlxalq kredit reytinqinin və reytinq üzrə proqnozun bir daha eyni səviyyədə təsdiq olunması ölkənin əhəmiyyətli valyuta ehtiyatlarına, güclü fiskal mövqeyə (aktivlərə), habelə aşağı xarici borc səviyyəsinə malik olması ilə əsaslandırılıb.

Agentlik ölkənin reytinqini gələcəkdə aşağı və yuxarı qaldıra biləcək faktorlarını da sadalayıb.

Azərbaycanın dövlət maliyyəsi, xarici mövqeyi və ya artım gözləntiləri proqnozlarımızla müqayisədə əhəmiyyətli dərəcədə zəifləsə, reytinqi aşağı salına bilər. Bundan əlavə mümkün azalma üçün səbəblər kimi, neft hasilatında gözləniləndən daha sürətli azalmalar və ya karbohidrogen qiymətlərinin agentliyin gözləntilərindən aşağı düşməsi göstərilir.

Əksinə, xarici profisit baza xətti proqnozlardan daha yüksək olarsa, hökumətin maliyyə aktivlərinin daha sürətli toplanmasına səbəb olarsa, “S&P” reytinqin yenidən baxılmasınl istisna etmir. Bu, misal üçün, ölkənin karbohidrogen hasilatından qazancları prqonozlardan fərqli olaraq nəzərəçarpacaq dərəcədə artarsa, baş verə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR