"S&P": Azərbaycanın cari əməliyyatlar hesabı gələn il profisitə qayıdacaq

"S&P": Azərbaycanın cari əməliyyatlar hesabı gələn il profisitə qayıdacaq
# 25 iyul 2020 16:40 (UTC +04:00)

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbətinin 6,3%-ə çatacağını proqnozlaşdırır.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, ölkənin cari əməliyyatlar hesabı 2021-ci və 2022-ci illərdə yenidən profisitə qayıdacaq və müvafiq olaraq ÜDM-in 0,6% və 5,5%-ni təşkil edəcək. 2023-cü ildə isə bu göstəricinin 6,3%-ə bərabər olacağı gözlənilir.

Qeyd edilir ki, bu il xarici axınlara artan təzyiq COVID-19 pandemiyası şəraitində idxala olan tələbatın azalması ilə qismən yumşaldılacaq.

Xatırladaq ki, bu ilin I rübünün nəticələrinə görə, Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 1,0987 mlrd. manat təşkil edib. Bu, ÜDM-in 6%-ni təşkil edib. 2019-cu yekunlarına görə, bu göstərici ÜDM-in 9,1%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR