"S&P": Azərbaycanın pandemiya ilə bağlı builki dəstəkləyici tədbirlərinin xərcləri ÜDM-in 0,8%-ni təşkil edəcək

"S&P": Azərbaycanın pandemiya ilə bağlı builki dəstəkləyici tədbirlərinin xərcləri ÜDM-in 0,8%-ni təşkil edəcək
  • Clock-gray 10:17
  • calendar-gray 25 Yanvar 2021

"S&P Global Ratings" reytinq agentliyi bu il Azərbaycanın COVID-19 pandemiyası ilə bağlı bəzi dəstəkləyici tədbirlərin davam etdirəcəyini gözləyir.

"APA-Economics"in reytinq agentliyinə istinadən verdiyi məlumata görə, bura müəssisələrə dövlət zəmanətlərinin və kreditlərin verilməsi, bəzi vergi güzəştləri və vergi tətillərinin uzadılması daxildir.

"S&P"nin proqnozlarına görə, 2021-ci ildə sözügedən tədbirlərə xərclənəcək vəsaitin məbləği ÜDM-in təxminən 0,8%-nə bərabər olacaq.

Mirsəid İbrahimzadə

Digər xəbərlər