"S&P" Azərbaycanın reytinqini "BB+/B" səviyyəsində təsdiqləyib

"S&P" Azərbaycanın reytinqini "BB+/B" səviyyəsində təsdiqləyib
# 27 yanvar 2020 10:47 (UTC +04:00)

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini "BB+/B" səviyyəsində təsdiqləyib.

"APA-Economics"in reytinq agentliyinin istinadən verdiyi məlumata görə, agentlik ölkə üzrə proqnozunu stabil saxlayıb.

"S&P Global Ratings"in məlumatıma görə, ölkənin güclü maliyyə və xarici mövqeləri, dövlət borcunun nisbətən aşağı səviyyədə olması və Azərbaycan Dövlət Neft Fondunda yığılan əhəmiyyətli xarici aktivlərə reytinqin əsasında durub.

Bundan əlavə, agentlik ölkənin reytinqini gələcəkdə aşağı və yuxarı qaldıra biləcək faktorlarını da sadalayıb. Mümkün səbəblər kimi, "Şahdəniz-2" layihəsində gecikmələr və ya neft hasilatında gözləniləndən daha sürətli azalmalar və ya karbohidrogen qiymətlərinin agentliyin gözləntilərindən aşağı düşməsi göstərilir. Reytinqlərin yüksəlmə səbəbləri arasında isə karbohidrogen qiymətlərinin proqnozlardan yuxarı qalxması və ölkə iqtisadiyyatının diversifikasiyasının artması da qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR