S&P: Bu il Azərbaycanda bankların iqtisadiyyata tələbinin ÜDM-ə nisbəti artacaq

S&P: Bu il Azərbaycanda bankların iqtisadiyyata tələbinin ÜDM-ə nisbəti artacaq
  • Clock-gray 10:39
  • calendar-gray 05 Avqust 2020

"S&P Global Ratings" agentliyi bu il Azərbaycanda kommersiya banklarının iqtisadiyyata tələbinin ÜDM-ə nisbətinin 4 faiz bəndi artaraq 22,4% təşkil edəcəyini proqnozlaşdırır.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, bu göstərici 2021-2022-ci illərdə tədricən azalacaq və müvafiq olaraq 20,5%, 19,6%, 2023-cü ildə isə dəyişməyərək 19,6% səviyyəsində qalacaq.

Qeyd edək ki, ötən ilin sonuna ölkədə bankların iqtisadiyyata tələbi 15 036,4 mln. manata bərabər olmuşdu. Bu göstərici hesablanmış faizlər və banklararası kreditlər daxil olmaqla, yaradılmış ehtiyatlar çıxılmaqla hesablanıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər