"S&P": Gələn il Azərbaycan iqtisadiyyatı 2,6% artacaq

"S&P": Gələn il Azərbaycan iqtisadiyyatı 2,6% artacaq
# 29 aprel 2020 09:44 (UTC +04:00)

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda COVID-19 pandemiyası fonunda ÜDM-in 6,6% azalacağını, 2021-ci ildə isə iqtisadiyyatın bərpa olaraq 2,6% artacağını proqnozlaşdırır.

"APA-Economics"in reytinq agentliyinə istinadən verdiyi məlumata görə, hazırda ölkənin bank sektorunda Azərbaycan bankları öz bizneslərinin böyüməsi və qazanc perspektivləri ilə bağlı artan problemlərlə üzləşirlər ki, bu da xarici təsirlərə həssaslıqla yanaşı, bankların kapital buferlərinə, aktivlərin keyfiyyətinə və maliyyələşmə sabitliyinə əvvəlcədən gözləniləndən də ağır zərbə vura bilər.

"S&P" qeyd edir ki, iqtisadiyyatın bərpa sürəti iqtisadi dislokasiyanı azaltmaq və ev təsərrüfatlarına dəstək yönündə görülən tədbirlərin səmərəliliyindən asılı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR