"S&P" Gürcüstanın dövlət borcunun bu il rekorda çatacağını proqnozlaşdırır

"S&P" Gürcüstanın dövlət borcunun bu il rekorda çatacağını proqnozlaşdırır
# 09 mart 2021 09:35 (UTC +04:00)

"S&P Global" beynəlxalq reytinq agentliyi bu il Gürcüstanın dövlət borcunda rekord artım olacağını proqnozlaşdırır.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə təşkilatın yayımladığı makroiqtisadi hesabatda deyilir.

Sənədə əsasən, 2021-ci ilin sonunadək Gürcüstanın dövlət borcu 5,9% artaraq ÜDM-in 69,5%-nə bərabər olacaq. Hazırda bu göstərici ÜDM-in 63,6%-ni təşkil edir.

"S&P Global" ilin sonuna qədər xarici borcun ÜDM-in 69,5%-ə çatacağını nəzərə alaraq, Gürcüstanda 1 ABŞ dollarının 3,5 lariyə yüksələcəyini proqnozlaşdırır. Eyni proqnoza görə, borc 2022-ci ildə ÜDM-in 69,5%-i səviyyəsində qalacaq, 2023-cü ildə 67,9%-ə, 2024-cü ildə isə 66%-ə enəcək.

Qeyd edək ki, cari ilin 31 yanvar tarixinə olan göstəriciyə əsasən, Gürcüstanın ümumi xarici dövlət borcu 7,7 mlrd. dollar təşkil edib. Gürcüstanın Azərbaycana borcu 5,4 mln. dollardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR