"S&P": Qlobal borc 200 trln. dollara çatacaq

"S&P": Qlobal borc 200 trln. dollara çatacaq
# 04 dekabr 2020 17:53 (UTC +04:00)

Bu ilin sonuna qlobal borc 200 trln. ABŞ dolları və ya qlobal ÜDM-in 265%-ni təşkil edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə "S&P Global" agentliyinin açıqlamasında deyilir.

Qeyd olunub ki, COVID-19 pandemiyasının dünya ölkələrini xərclərini kəskin şəkildə artırmasına məcbur eləməsi borclanma səviyyəsinin artmasına səbəb olub və 2020-ci ildə qlobal borcun ÜDM-ə nisbəti 14 faiz bəndi artıb. Lakin "S&P"nin mütəxəssisləri bildirir ki, qlobal borcun böyüməsi artıq bir neçə ildir trenddədir və pandemiya sadəcə bu prosesi kəskinləşdirib.

"COVID-19 peyvəndlərinin geniş yayılması, iqtisadiyyatın bərpa olunması və bunun nəticəsində faiz dərəcələrinin aşağı qalması halında, 14 faiz bəndi səviyyəsində proqnozlaşdırılan qlobal borcun ÜDM-ə nisbətinin artımı qısa müddətdə böhrana səbəb olmayacaq və borclanma orta səviyyədə qalacaq", - açıqlamada deyilir.

"S&P"ə görə, 2023-cü ildə dünya iqtisadiyyatında qlobal borcun ÜDM-ə nisbəti 256%-ə qayıdacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR