"S&P": SOCAR-ın EBITDA üzrə gəliri növbəti iki ildə artacaq

"S&P": SOCAR-ın EBITDA üzrə gəliri növbəti iki ildə artacaq
  • Clock-gray 11:30
  • calendar-gray 29 Oktyabr 2020

"S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyi bu il SOCAR-ın EBITDA (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) üzrə gəlirləri ötənilki 4,8 mlrd. manatdan 4 mlrd. manat enməsini proqnozlaşdırsa da, 2021-ci ildə bu göstəricinin 4,2 mlrd. manata, 2022-ci ildə isə 4,7 mlrd. manata yüksələcəyini gözləyir.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, bu proqnozlar "S&P"nin neftin bir barelinin qiymətinin bu il 40 ABŞ dolları, 2021-2022-ci illərdə isə ortalama 50 dollar olacağı proqnozlarına və SOCAR-ın Azərbaycanın "OPEC+" sazişi çərçivəsində öhdəliklərinin tam icra edəcəyini ssenarisinə əsaslanaraq verilib.

Agentlik qeyd edir ki, SOCAR-ın borc yükü yüksək, cari əməliyyatlar üzrə pul axını (FOCF) isə mənfi qalacaq. Qeyd edilir ki, FOCF-un borca nisbəti 2020-2022-ci illərdə 12%-dən aşağı olacaq və Dağlıq Qarabağ münaqişəsində situasiyadan asılı olmayaraq neft şirkətinin FOCF-nun 2020-2022-ci illərdə mənfi səviyyədə qalacaq və yalnız bir hissəsinin dövlət tərəfindən bağlana biləcək.

"Baza ssenarimizə əsasən, kapital xərcləri və dövlət tərəfindən maliyyə inyeksiyaları aşağı neft qiymətləri və "OPEC+" hasilat kəsirlərindən yaranan itkiləri tam kompensasiya etməsə, 2020-2022-ci illərdə əməliyyat vəsaitinin (FFO) borca nisbətinin 9-12% səviyyəsində olacaq", - deyə "S&P" ekspertləri bildirir.

Bundan başqa, agentlik Trans-Adriatik Boru Kəmərinin (TAP) planlaşdırıldığı kimi, bu ilin noyabr ayında istismara verilməsindən sonra, 2020-ci ildə SOCAR-ın Avropaya 10 mlrd. kubmetr qaz ixrac edəcəyini proqnozlaşdırır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər