"S&P" SOCAR-ın reytinq üzrə proqnozunu yaxşılaşdırıb

"S&P" SOCAR-ın reytinq üzrə proqnozunu yaxşılaşdırıb
# 29 yanvar 2021 10:05 (UTC +04:00)

"S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyi SOCAR-ın kredit reytinqini "BB-" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "mənfi"dən "stabil"ə yüksəldib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, dövlət şirkəti olan SOCAR-ın reytinq üzrə proqnozunun yaxşılaşdırılması Azərbaycanın yerli və xarici valyutada emitentin uzunmüddətli və qısamüddətli defolt reytinqi ("BB+/B") üzrə proqnozunun "mənfi"dən "stabil"ə yüksəldilməsi ilə bağlıdır.

"SOCAR-ı ölkənin neft-qaz sektorundakı əsas dövlət aktivlərindən biri kimi görməyə davam edirik. Dövlət şirkətə tam sahibdir, strategiyasında və qərar qəbulunda fəal iştirak edir, həmçinin SOCAR-ın kapital qoyuluşları üçün əhəmiyyətli kapital və borc maliyyələşdirmə təcrübələrinə malikdir", - "S&P"nin ekspertləri bildirir.

Buna baxmayaraq, "S&P"yə görə, böyük həcmdə dövlət dəstəyinə baxmayaraq, SOCAR-ın borclarının cəmi 10%-i dövlət tərəfindən təmin olunur. Bundan əlavə, bu ilin avqustunda dövlətlə əlaqəli qurumları idarə etmək üçün yenicə yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin SOCAR üçün hər hansı bir təsirinin olması aydın deyil, çünki holdinqə veriləcək əmlak siyahısı və onun rolu hələ dəqiqləşdirilməyib.

Agentlik qeyd edir ki, neft şirkətinin sərbəst əməliyyat pul axınının (FOCF) mənfi balansı və şirkətin planlarının istiqamətinin proqnozlaşdırıla bilməməsi səbəbindən SOCAR-ın avtonom kredit profili "b-" səviyyəsinə saxlanılır: "Bu, daha yüksək sənaye volatilliyini və atəşkəs razılaşmasından qaynaqlanan daha aşağı riskləri, habelə SOCAR-ın idarəolunan likvidliyi və rahat faiz əhatə göstəricilərini qoruyacağına dair ümidlərimizi tarazlaşdırır. SOCAR-ın investisiya planlarını proqnozlaşdırmaq çətin olsa da, əsas ssenarimizdə SOCAR-ın FOCF-nin 2020-2022-ci illərdə mənfi olacağını gözləyirik və dövlət tərəfindən kompensasiya olmadığı halda əməliyyatlardan qaynaqlanan vəsaitlərinin (FFO) borca olan nisbətinin 12%-dən aşağı olacağını təxmin edirik".

"S&P" əlavə edib ki, Trans-Adriatik Boru Kəmərinin (TAP) bu yaxınlarda istismara verilməsi SOCAR-a yalnız məhdud müsbət təsir edəcəyi gözlənilir, bu da şirkətin sözügedən dəyər zəncirində payının az olması ilə əlaqələndirilir.

Müxtəlif ssenarilərə gəldikdə, agentlik mənfi ssenaridə şirkətin kredit reytinqinin Azərbaycanın kredit reytinqinə bağlı olması səbəbindən dövlətin maliyyə dəstəyinin azalması halında yaranacaq problemləri nəzərə alaraq, şirkətin reytinqini endirə bilər. Bundan əlavə, reytinqinin azalması yerli maliyyə sisteminin zəifləyəcəyi və bunun nəticəsi kimi, SOCAR-ın nağd pul ehtiyatlarının böyük hissəsinin əlçatmaz olduğu halda baş verə bilər.

"S&P" reytinq üzrə proqnozu Azərbaycanın kredit reytinq üzrə proqnozunun, dövlətin dəstəyinin azalmaması və SOCAR-ın likvidliyinin və kapitalının strukturunun idarə olunan qalması halında yüksəldə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR