"Saudi Aramco" dollar istiqrazlarının emissiyasına hazırlaşır

"Saudi Aramco" dollar istiqrazlarının emissiyasına hazırlaşır
  • Clock-gray 13:30
  • calendar-gray 16 Noyabr 2020

Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət neft-qaz şirkəti tədavül müddəti 3 ildən 50 ilədək olan dollar nominallı multitranş istiqrazlarının emissiyasını planlaşdırır.

"APA-Economics"in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, şirkət "Citi", "Goldman Sachs International", HSBC, "JP Morgan", "Morgan Stanley" və "NCB Capital" banklarını aktiv "bookrunner", "BNP Paribas", "BOC International", "BofA Securities", "Credit Agricole CIB", "First Abu Dhabi Bank", "Mizuho", ​​MUFG, "SMBC Nikko" və "Societe Generale" banklarını isə passiv "bookrunner" qismində cəlb edib. Banklar 16 noyabr tarixindən etibarən bir sıra investorla telefon konfransı quracaqlar.

Bundan sonra, bazar şərtlərindən asılı olaraq, 3, 5, 10 və 30 və/və ya 50 il müddətinədək istiqrazların yerləşdirilməsi üzrə 5 tranş keçirilə bilər.

Qeyd edək ki, "Saudi Aramco" ilk dəfə beynəlxalq bazarda istiqrazlarını 2019-cu ilin aprelində yerləşdirib. Emissiyanın həcmi 12 mlrd. dollar, tələb isə 85 mlrd. dollara çatmışdı.

Xatırladaq ki, "Saudi Aramco" dövlət şirkəti 1933-cü ildə təsis edilib. Şirkət ölkənin demək olar ki, bütün neft istehsal müəssisələrinə nəzarət edir.

APA-Economics

Digər xəbərlər