"Sberbank" bu il Rusiya iqtisadiyyatının 4,5%-dək azalacağını proqnozlaşdırır

"Sberbank" bu il Rusiya iqtisadiyyatının 4,5%-dək azalacağını proqnozlaşdırır
  • Clock-gray 16:50
  • calendar-gray 30 Noyabr 2020

Bu il Rusiya iqtisadiyyatında azalma 3,5-4,5% olacaq, 2021-ci ildə isə ÜDM 2,5-3.5% artacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu "Sberbank"ın rəhbəri German Qref İnvestorlar Gününə həsr olunmuş tədbirdə bankın 2023-cü ilədək yeni inkişaf strategiyasını təqdim edərək deyib.

"Strategiyamızdakı yüksək qeyri-müəyyənliyə baxmayaraq, biz növbəti ilkin şərtlərdən istifadə edirik: Rusiya iqtisadiyyatı yumşaq pul siyasəti və xarici tələbin canlanması dalğasında bərpasını davam etdirəcək. 2020-ci ilin nəticələrinə görə, ÜDM-də azalma 3,5-4,5% aralığında olacaq. Bundan sonra isə, 2021-i ildə ölkə iqtisadiyyatı 2,5-3,5% artacaq", - deyə Qref bildirib.

Rusiya Mərkəzi Bankının proqnozuna görə, bu il Rusiya iqtisadiyyatındakı azalma 4-5%-dək olacaq, 2021-ci ildə isə 3-4% arasında artacaq. Eyni zamanda, tənzimləyici Rusiya iqtisadiyyatının 2022-ci ilin birinci yarısında koronavirus pandemiyasından əvvəlki səviyyəyə qayıdacağını gözləyir.

APA-Economics

Digər xəbərlər