Serbiya Azərbaycandan cəlb etdiyi krediti vaxtından əvvəl bağlayıb

Serbiya Azərbaycandan cəlb etdiyi krediti vaxtından əvvəl bağlayıb
# 12 yanvar 2021 11:53 (UTC +04:00)

Serbiya hökuməti "11-ci Dəhliz" magistralının Liq-Prelina hissənin tikintisi üçün Azərbaycandan cəlb etdiyi 300 mln. avroluq kredit üzrə qalan 172,7 mln. avro borcunu vaxtından əvvəl ödəyərək krediti bağlayıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Serbiyanın maliyyə naziri Sinişa Mali deyib.

Serbiya hökuməti krediti tam ödəmək üçün özünün "Komercijalna Banka"da olan 83,23% payını Sloveniyanın "Nova Ljubljanska Bank"ına 394,7 mln. avroya satıb.

Qeyd edək ki, Serbiya və Monteneqro arasında "11-ci Dəhliz" magistralının Liq-Prelina hissənin tikintisi ücün 2012-ci ildə Azərbaycan Serbiyaya qarşılıqlı sərfəli şərtlərlə və dövlət zəmanəti ilə verilən ilk 3 ili güzəşt dövrü olmaqla 15 il müddətinə 300 mln. avro məbləğində kredit ayırmışdı. Layihənin baş podratçısı qismində Azərbaycanın "Azvirt" şirkəti çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR