Şəhid ailələri və əlillik dərəcəsi alan hərbiçilərin 3,4 mln. manatlıq ipoteka kreditləri ödənilib

Şəhid ailələri və əlillik dərəcəsi alan hərbiçilərin 3,4 mln. manatlıq ipoteka kreditləri ödənilib
  • Clock-gray 16:13
  • calendar-gray 18 Mart 2021

Vətən Müharibəsində iştirak edərək şəhid olan və ya müxtəlif əlillik dərəcəsi alan hərbiçilərə aid olan ümumilikdə 3,4 mln. manat həcmində ipoteka kreditləri həyat sığortası sahəsində fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən tam ödənilib.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, bu istiqamətdə 130 min manat həcmində ipoteka kreditinin ödənilməsi isə nəzərdə tutulur.

Həmçinin şəhidlərin vərəsələrinə, xəsarət alan hərbiçilərə və əlillik dərəcəsi müəyyən edilən qazilərə Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası çərçivəsində sığorta ödənişinin verilməsi prosesi də davam etməkdədir. Bu istiqamətdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən bu günədək 44 mln. manatdan çox sığorta məbləği ödənilib.

Qeyd edək ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinə əsasən həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat, I dərəcəli əlilliyə görə 8800 manat, II dərəcəli əlilliyə görə 6 600 manat, III dərəcəli əlilliyə görə 4 400 manat, yüngül xəsarətə görə 550 manat, ağır xəsarətə görə isə 2 750 manat məbləğində sığorta ödənişi nəzərdə tutulub.

Hüseyn Vəliyev

Digər xəbərlər